“Məqsədimiz tezliklə rəqəmsal gömrüyün qurulmasıdır”.
“APA-Economics” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) katibliyinin rəisi Əsgər Məmmədov bildirib.
“İstəyirik ki, mallar ölkəyə daxil olmamışdan əvvəl elektron qaydada bizim sistemə daxil olsun. Ötən il ilk dəfə Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmaların həcmi beş milyard manatı ötüb. ƏDV üzrə daxilolmalar isə dörd milyard manatı ötüb. Dövlət büdcəsinə isə plandan bir milyard manatdan artıq vəsait ödənilib”, - Əsgər Məmmədov əlavə edib.