Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 112 960 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 094 tank, 6 159 zirehli maşın, 2 078 artilleriya sistemi, 437 reaktiv yaylım atəşi sistemi, 217 hava hücumundan müdafiə sistemi, 285 təyyarə, 275 helikopter, 1 862 PUA, 723 qanadlı raket, 17 gəmi/qayıq, 4 826 avtomobil texnikası və avtosistern, 184 xüsusi texnikadan ibarətdir.
