Dolların məzənnəsi əsas valyutalar səbətinə qarşı FED-in uçot dərəcəsini qaldırmaq bəyanatından sonra 14 illik maksimumuna çatıb.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
Belə ki, dolların indeksi avroya, yenaya, funt sterlinqə, Kanada dollarına, İsveçrə kronuna qarşı 0,5% artaraq 102,27 təşkil edib. Bununla yanaşı, indeks 102,62-dək yüksəliş göstərib, bu da 2003-cü ildən bəri ən yüksək nəticədir.
Bu ərəfədə FED uçot dərəcəsini 0,5-0,75%-dək artıracağını bəyan edib.
Bununla yanaşı, FED-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsi uçot dərəcəsinin daha üç dəfə artacağını proqnozlaşdırıb.
N.O.
www.oxu.az