“Tez və ya gec qlobal iqtisadiyyatda dolların hökmranlığı sona çatacaq” .
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, bunu “Bank of America Merrill Lynch” bankının Rusiya üzrə baş iqtisadçısı Vladimir Osakovski bəyan edib: “Tarixə nəzər saldıqda əvvəllər qlobal valyutanın funt-sterlinq olduğunu görərik. Lakin onu sıradan çıxardılar. Dollarla bağlı da bu, nə zamansa baş verəcək”.
O bildirib ki, ABŞ-ın borcu həddən artıq böyükdür -16-18 trilyon dollardır. Yaponiyanın borcu iki dəfə çox olsa da, diqqət ABŞ-a yönəlib.
L.Ə.