Cari ilin I yarımili ərzində 690 sahibkara 63,3 mln. manat güzəştli kredit verilib.
Oxu.Az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev bildirib.
O deyib ki, bu investisiya layihələrinin reallaşdırılması 2 300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Bu dövrdə verilən güzəştli kreditlərin 76%-i ölkə regionlarının, 24%-i isə Bakı qəsəbələrinin payına düşür.
L.Ə.