Bu gün ABŞ Federal Ehtiyat Sisteminin (FED) növbəti iclası yekunlaşır.
Oxu.Az-ın məlumatına görə, “Report”un analitik qrupu bildirir ki, iclasda uçot dərəcəsinin artırılması gözlənilməsə də, yekun qərar mətnində iyun ayında keçiriləcək növbəti iclasda faizlərin artırılacağına dair siqnalların verilməsi dolları möhkəmləndirə bilər.
“Moody's” Beynəlxalq Reytinq Agentliyinin direktoru Rayan Svit (Ryan Sweet) hesab edir ki, FED ilin ilk rübündə ABŞ iqtisadiyyatındakı zəif göstəriciləri müvəqqəti hal olduğunu bildirərək bunu diqqətə almayacaq: “Növbəti iclasa 6 həftə qaldığını nəzərə alsaq, FED-in dəqiq bir şey söyləyəcəyini düşünmürəm”.
Direktor, həmçinin xatırladıb ki, FED monetar sərtləşdirmə prosesi zamanı sürprizlər etməyi sevmədiyindən, böyük ehtimalla iyunda faizləri artıracaq.
Qeyd edək ki, hazırda iyun ayında uçot dərəcəsinin artırılması ehtimalı qlobal bazarlarda 70% təşkil edir.
“Report”un analitik qrupu bildirir ki, bugünkü iclasda iyun ayında uçot dərəcəsinin artırılması barədə hər hansı fikrin səsləndirilməsi qlobal valyuta bazarında dolların məzənnəsinin artmasına gətirib çıxaracaq.
Bu halda, əsas valyuta cütlüyü - avro/dollar məzənnəsi 1,08 USD/EUR-a kimi geriləyə bilər.
10:10
ABŞ-ın Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) bu gün başa çatacaq pul siyasəti toplantısında faizin sabit saxlanılması barədə qərar veriləcəyi və iqtisadiyyatın gedişini izləməyə davam edəcəyi güman edilir.
Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, FED faiz qərarını Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq.
Federal Ehtiyat Sistemi qərar mətnində faizin iyunda artıra biləcəyinin siqnalını verə bilər. Dekabrda faizi 25 bənd artıran FED, bundan iki iclas sonra mart ayında da faizi artırmışdı.
Hazırda FED-in pul siyasəti faizi 0,75 – 1% intervalındadır. “Reuters”in sorğusuna qatılan iqtisadçılar bu ay FED-in faizlərdə dəyişiklik ediləcəyinə o qədər də ehtimal vermir.
İnvestorlar faizin FED-in iyunda keçiriləcək növbəti iclasında qaldırılacağını təxmin edirlər. FED eyni zamanda, Tramp rəhbərliyinin iqtisadiyyata təsir edəcək vergi, kommunal xərclər və tənzimləmə sahələri ilə bağlı Konqresdən keçirəcəyi layihələri görmək istəyir.
Hakimiyyətin iqtisadiyyata müsbət təsir edəcək tədbirlər görməsi faiz qərarlarını önə çəkə bilər.
U.A.
www.oxu.az