Azərbaycan əhalisinin bank əmanətlərinin həcmi 2016-cı il dekabrın 1-nə 7 milyard 605,8 milyon manat təşkil edib.
Oxu.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 192,7 milyon manat və ya 2,6% çoxdur.
Ötən ilin analoji dövrü ilə müqayisədə isə əmanətlərin həcmi 516,3 milyon manat və ya 7,3% artıb.
Ekspertlər isə qeyd edirlər ki, artım dolların məzənnəsinin bahalaşması ilə bağlı ola bilər.

U.A.
www.oxu.az