Bu gün gözlənilən valyuta hərracı bir qədər gec baş tutub.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bu dəqiqələrdə başa çatan hərracda dolların məzənnəsi dəyişməyib.
Valyuta hərracının nəticəsində ABŞ valyutasının satış qiyməti 1,7742 manat olaraq qalıb.
Bununla yanaşı hərraca çıxarılan vəsaitin həcmi artırılıb. Azərbaycan Mərkəzi Bankının (AMB) banklara satdığı valyutanın həcminin artırılması dolların ucuzlaşmasına səbəb ola bilər. Bu zaman bankların dollar satışını bərpa edəcəyi gözlənilir.
12:05
Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (SOFAZ) ilə birlikdə mütəmadi olaraq həftənin çərşənbə axşamı və cümə axşamı günləri saat 12:00-a qədər keçirdiyi valyuta hərracının vaxtı dəyişdirilib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu günə təyin olunan hərracın vaxtı texniki səbəblərdən saat 15:30-a qədər ertələnib.
Xatırladaq ki, AMB-nin bu günə olan dolların rəsmi məzənnəsi 1,7742 AZN/USD-yə bərabərdir.
U.A.
www.oxu.az