Bu gün saat 12:00-dək Lənkəran, saat 13:00-dan 15:00-dək Astara və Qax, saat 18:00-dək isə Şamaxı rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, fasilə qaz nəqli sistemində təmir işlərinin aparılması, ölçü qovşaqlarında quraşdırılmış diafraqmaların dəyişdirilməsi və daraldıcı qurğuların təftiş olunması ilə əlaqədardır.