SOCAR Trading (Azərbaycan Dövlət Neft şirkətinin ticarət bölməsi) 2008-2013-cü illərdə Azərbaycana əlavə 1,1 milyard dollar gəlir təmin edib.
Oxu.Az Day.az-a istinadən xəbər verir ki, SOCAR Trading şirkətinin sifarişi ilə Azeri Light dünya bazarında altı illik qiymət dinamikası barədə hesabat hazırlayan Wood Mackenzie konsalting şirkəti bu qənatə gəlib.
“Əlavə gəlir Azeri Light Azərbaycan neftinin qiymətinin artması və SOCAR Trading-in effetif fəaliyyəti nəticəsində əldə edilib” – hesabatda deyilir.
Sənədə müvafiq olaraq, son altı ildə Azərbaycan neftinin qiyməti şimal dənizindən hasil olan Brent markalı neftin qiymətindən bir barel üçün 1,75 dollar bahadı.
Wood Mackenzie dəyərləndirməsinə görə Azeri Light-ın Brent-lə müqayisədə bir barel üçün qiymətinin artma strukturunun 0,6 dolları xarici amillərin payına, 1,15 dolları isə SOCAR Trading-in effektiv işləməsi payına düşür.
“Müvafiq olaraq bu müddət ərzində ixrac edilən neftin satış həcmi 961 milyon bareldir, o zaman Azərbaycanın bir başa olaraq şirkətin fəaliyyəti il əlaqədar olan əlavə gəliri 1,1 milyard dollardır”, - konsaltinq şirkətinin ekspertləri hesab edirlər.
Bununla yanaşı, göstərilən dövr ərzində SOCAR Trading Bakı-Ceyhan-Tbilisi (BTC) neft kəməri ilə transportasiya edilən 72 milyon barel tranzit nefti realizə edib. Konsorsium nəticəsində BTC Co. 350 milyon dollar məbləğində əlavə gəlir əldə edib.
Wood Mackenzie ekspertlərinin fikrincə SOCAR Trading şirkətinin effektiv fəaliyyəti sayəsində, Azərbaycan nefti bazar mövqelərini Asiya regionunda gözə çarpacaq dərəcədə möhkəmləndirib.
Xatırladaq ki, SOCAR Trading Cenevrədə yerləşən qərargahdan Anar Əliyev və Valeri Qolovuşkinin təsisatçılığı ilə yaradılıb. Şirkət fəaliyyətə 2008-ci ildə başlayıb. Şirkət Ceyhan limanından ixrac edilən SOCAR neftinin əsas hissəsini satır. (Trend)