2015-ci ilin 9 ayında social sığorta haqlarının 65%-i vəya 847,9 mln. manatı qeyri-büdcə sektorundan daxil olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,4% və ya 43,4 mln. manat artıqdır.
Bu barədə Oxu.Az-a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.
“Eyni zamanda, dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna ayrılan transfertin ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,5 milyon manat azalmasına səbəb olub. Büdcədən maliyyələşən təşkilatlardan daxi lolmuş social sığorta haqqının məbləği 456,7 mln. manat təşkil edib.
Dövlət büdcəsinin transferti proqnozla nəzərdə tutulduğu məbləğdə, yəni 876,1 mln. manat həcmində Fondun hesabına daxil olub. Fondun sai rgəlirlər (sanatoriya-kurort yollayışlarının qismə dəyərinin ödənilməsi və s.) üzrə daxilolmaları 4,5 mln. manat təşkil edib” - deyə, Fonddan qeyd olunub”.
Ülviyyə R. Əli
www.oxu.az