Dövlət Vergi Xidmətinin 2026-cı il üzrə avtomatlaşdırılmış vergi informasiya sistemi (AVİS) altsistemlərinə, elektron portal və məlumat bazalarına xidmətin göstərilməsi, AVİS-in fəaliyyətini təmin edən lisenziyanın, SSL sertifikatının və domen adının satınalınması ilə bağlı elan etdiyi tender başa çatıb.
Oxu.Az-ın məlumatına görə, müsabiqənin qalibi "Cybernet" MMC olub.
Xidmətlərin satın alınmasına 9 milyon 647 min 415 manat xərclənəcək.
Məlik Məlikov