İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.
Oxu.Az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, monitorinqlər zamanı Bakının Nəsimi və Binəqədi rayonlarında və həmçinin Sumqayıt, Tovuz, Xudat, Zaqatala, Şəki şəhərlərində fəaliyyət göstərən satış obyektlərində 190 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunub.
Gülnarə Zeynalova
www.oxu.az