2026-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə xərclərinin 8 milyard 483.1 milyon manat (2025-ci illə müqayisədə 10.5% çox) olması proqnozlaşdırılır.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Sənədə əsasən, xərclərin 8 milyard 323.1 milyon manatının DSMF-nin gəlirlərinin (9.3% çox), 160 milyon manatının isə fondun cari ilin sonuna istifadə olunmamış qalığının (2.7 dəfə çox) hesabına qarşılanması nəzərdə tutulur.
DSMF-nin büdcəsinin xərclərinin əsas hissəsini əmək pensiyalarının, sosial sığorta haqqı hesabına müavinətlərin ödənişi, həmçinin fondun aparatının və digər struktur bölmələrinin saxlanılması ilə bağlı xərclər təşkil edəcək.