Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

DSMF-nin və İSF-nin 2025-ci il üçün büdcə layihəsi birinci oxunuşda qəbul edildi
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət sosial müdafiə fondunun (DSMF) 2024-cü il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun (İSF) 2024-cü il büdcəsi haqqında" qanun layihələri müzakirə edilərək birinci oxunuşda qəbul olunub.
"Report" xəbər verir ki, sənədi ötən gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il üçün gəlirləri və xərcləri bərabər olmaqla 7 milyard 676.4 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin büdcəsinə nisbətən 10.45 % çoxdur.
İşsizlikdən Sığorta Fondunun isə 2025-ci il üçün gəlirləri və xərcləri bərabər olmaqla 260.7 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin büdcəsinə nisbətən 9.5 % çoxdur.
"Dövlət Sosial Müdafiə Fondu (DSMF)" teqi üzrə xəbərlər
- 2600 manat müavinət kimlərə ödəniləcək və necə əldə etmək olar?
- Tibb bacısı hamiləliyə görə müavinətini niyə ala bilmir? - AÇIQLAMA
- "McDonald"s Azərbaycan" və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil etdi
- Azərbaycanda sosial təminatla bağlı vəziyyət açıqlanıb
- DSMF-dən avtomobillə vuraraq piyadanı öldürən məmurla bağlı AÇIQLAMA