Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
DSX: Batma təhlükəsi ilə üzləşən qayıqda olan şəxslər xilas ediliblər - FOTO
Yanvarın 16-da saat 16:50-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Cənub regional şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə iki nəfər heyət üzvü olan plastmas tipli qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən sahildən 6 mil məsafədə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Daxil olmuş məlumat əsasında qayığın və heyət üzvlərinin xilas edilməsi məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gəmisi qeyd olunan istiqamətə göndərilib.
Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində saat 18:45-də dənizdə köməksiz vəziyyətdə qalmış Astara rayonu Şahağacı kənd sakinləri sərhədçilər tərəfindən xilas edilərək sahilə çıxarılıblar.
"Astara" teqi üzrə xəbərlər
- Təcili tibbi yardım avtomobili həkimin maşını ilə toqquşdu, xəsarət alan xəstə öldü
- Astarada qatar yoluna çıxan piyadanın ayağı amputasiya olunub
- Balıq ovlamaq istəyən şəxs faciəli şəkildə öldü
- Bağlarda kütləvi şəkildə zərərverici həşəratlar yayılıb: Meyvə ağaclarında xəstəliklər BAŞ QALDIRIB
- Evlənmək istəyən oğlan anasını əsa ilə DÖYDÜ