Dünya Bankı 2017-ci ilin maliyyə ili ərzində Azərbaycana ayrılan 400,245 milyon dollar qrantı təsdiqləyib.
Oxu.Az İnterfax-a istinadən xəbər verir ki, 2016-cı ildə bankın Azərbaycana ayırdığı kreditlərin həcmi 207 milyon dollar təşkil edibsə, 2017-ci ildə bu göstərici 400,245 milyon dollar olacaq.
Ümumilikdə isə 2013-2017-ci illər ərzində Dünya Bankı Azərbaycana 1 milyard 238,5 milyon. dollar kredit ayırıb.
Cari il üzrə nəzərdə tutulan kreditin 400 milyon dolları “Cənub Qaz Dəhlizi” layihəsinə, 0,25 mln. dollarlıq qrant isə 2017-2022-ci illər ərzində insan resursları və İKT sahəsində potensialın artırılması ilə bağlı məsələlərin həllinə yönəldiləcək.
L.Ə.