ABŞ-da istehlakçı və kapital avadanlığı xərclərindəki artım ikinci rübdə iqtisadi inkişafı sürətləndirib. Ticarət Nazirliyinin məlumatlarına görə, ABŞ iqtisadiyyatı ilin 2-ci rübündə 2.6% artıb.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, gözlənti 2.7% idi. Birinci rübdə Ümumi Daxili Məhsul göstəricisi isə 1.4%-dən 1.2%-ə düşüb.
İqtisadiyyatın böyük hissəsini təşkil edən istehlakçı xərcləri 1.9%-dən 2.8%-ə yüksəlib. Proqnozlar 2.8% ətrafında idi. 2-ci rübdə məşğulluq dəyər indeksi 0.6% proqnoza qarşı 0.5% artıb.
Qiymətlər isə inflyasiyanın FES-in 2% lik hədəfindən uzaqlaşdığına işarə edib.
Qeyd edək ki, bu məlumatlar 2017-ci ilin əvvəlində baş verən səngimənin müvəqqəti olduğunu və ilin ilk yarısında iqtisadiyyatın təxminən 1.9% böyüdüyünü göstərir.
L.Ə.