Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub
İqtisadiyyat naziri Mikayıl Cabbarov Efiopiyanın baş nazirinin ofisində Dövlət naziri Aklilu Tadessenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlıq potensialının reallaşdırılmasının əhəmiyyəti vurğulanıb, ticarət, investisiya, yaşıl enerji sahələrində tərəfdaşlıq imkanları nəzərdən keçirilib.
Əlaqələrin inkişafına dəstək məqsədilə hüquq-müqavilə bazasının genişləndirilməsinin, biznes subyektlərinin iştirakı ilə işgüzar tədbirlərin təşkilinin, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsinin məqsədəuyğunluğu vurğulanıb.
Tərəflər, həmçinin Azərbaycanın sənaye parkları sahəsində təcrübəsindən istifadə və işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov Oman şirkətinin nümayəndələri ilə görüşüb
- Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ
- Mikayıl Cabbarov "Boston Consulting Group"un idarəedici direktoru ilə görüşüb
- Nazir: "Daxildə emal xüsusi gömrük prosedurunun tətbiqi ilə ixrac olunan məhsulların həcmi artıb"
- DİF və İqtisadiyyat Nazirliyi arasında Akselerator Platforması ilə bağlı Niyyət Məktubu imzalanıb