Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Əhaliyə şad xəbər - Nar bol, üzüm ucuz olacaq
Bu il Azərbaycanda nar və üzüm bolluğu olacaq.
Bu barədə Oxu.Az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli məlumat verib.
Onun sözlərinə görə, 2019-cu il nar və üzümün yetişməsi üçün çox əlverişli olub.
Ekspert bu il nar və üzüm bağlarında kifayət qədər bolluq olduğunu deyib və bunun səbəblərindən danışıb:
"Birincisi, çoxillik əkmələr üçün iqlim şəraiti çox əlverişli oldu. İkincisi isə ziyanvericilərlə effektiv mübarizə aparıldı. Bu il fermerlər kifayət qədər aktiv iş aparıblar".
N.Nəsirlinin dediyinə görə, üzüm bazara əlverişli qiymətlərlə girib.
"Biz deyə bilmərik ki, üzüm bahadır. Hələ nəzərə alaq ki, üzüm yığımı indi başlayır. Hesab edirəm ki, bu il üzüm kifayət qədər ucuz olacaq", - deyə əlavə edib.
Narın qiymətinə gəlincə, N.Nəsirli bildirib ki, bu məhsul da ucuz olacaq.
Aqşin Kərimov
"Nar Mobile" teqi üzrə xəbərlər
- "Nar" və "NETTY" ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı
- "Nar"ın tərəfdaşlığı ilə "Media Savadlılığı" Konfransı təşkil edilib
- "Nar"ın dəstəyi ilə Azərbaycan dili və ədəbiyyatı üzrə beynəlxalq simpozium keçirildi
- "Nar"ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı
- "Nar"ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib