Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri artırılıb
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Müvafiq sənədi AZƏRTAC dərc edib.
Sənədə əsasən, ETSN bundan sonra kənd təsərrüfatı, meşəçilik, balıqçılıq, enerji, sənaye, nəqliyyat, tullantıların və suyun idarə olunması, torpaq ehtiyatlarının istifadəsi, turizm və telekommunikasiya sahələri üzrə strateji sənədlərin, ərazi planlaşdırma sənədlərinin, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq və konsessiya müqavilələrindən irəli gələn layihələrin strateji ekoloji qiymətləndirmə sənədlərinin və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə bağlı layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədlərinin dövlət ekoloji ekspertizasını keçirəcək və həmin sənədlərə dair ekspertiza rəyi verəcək.
Bundan əlavə nazriliyə ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) üzrə qiymətləndiricilərə ixtisas attestatı vermək, attestatın qüvvədəolma müddətini dayandırmaq və ya onu ləğv etmək hüququ verilib.
ETSN-ə həmçinin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) üzrə qiymətləndiricilərin və ƏMTQ üzrə təşkilatların reyestrinin aparılmasını təmin etmək, onların fəaliyyətinə nəzarəti həyata keçirmək tapşırılıb.
Sənədlə həmçinin nazirliyə ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) və strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədlərinə dair ekspertiza rəyinin, habelə ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) üzrə qiymətləndiricilər və ƏMTQ üzrə təşkilat barədə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məlumatların rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etmək həvalə edilib.
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN)" teqi üzrə xəbərlər
- Hava şəraiti ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
- Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi qaydasında dəyişiklik edildi
- Muxtar Babayev: "COP29 sədrliyi işini davam etdirəcək və COP30-a dəstək verəcək"
- Havanın temperaturu 4-8 dərəcə enəcək, leysan yağacaq - XƏBƏRDARLIQ
- Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib