“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanda bank sektorunda dollarlaşmanın yüksək səviyyədə olduğunu açıqlayıb.
Bildirib ki, “Azərbaycan Beynəlxalq Bankı”nın restrukturizasiya prosesinin son mərhələsində olmasına baxmayaraq, digər özəl bankların kapital artımına ehtiyacı var və yaxud bu banklar tənzimləyici tərəfindən bağlanmaq riski ilə üz-üzədirlər.
Restrukturizasiya olunmuş borclar istisna olmaqla, problemli kreditlərin həcmi hələ də yüksəkdir.
“Moodys”in hesabatını Oxu.Az-a şərh edən iqtisadçı-ekspert Əkrəm Həsənov bəyan edib ki, rəsmi açıqlamalara əsasən, altı bank kapital problemi yaşayır:
Lakin ehtimallara görə, belə bankların sayı çoxdur. Çünki banklar maliyyə hesabatlarında təhriflərə yol verirlər. Konkret kapital məsələsində problemli kreditlərin həcmini az göstərirlər”.
Ekspert təxminən 10 bankda kapital probleminin olduğunu deyir:
“Bankın kapital məsələsi onun sağlam və ya qeyri-sağlam olması meyarlarından biridir. Bank var ki, onun kapitalı aşağı olsa da, təhlükəsizdir, digər göstəriciləri yaxşıdır, öhdəlikləri azdır. Kapitalı az olan banklar arasında Türkiyənin “Ziraat Bank” ı da var. Amma bu bank sağlamdır.
Hər bir halda kapital problemi həll olunan problemdir. Mövcud və ya yeni səhmdarlar tərəfindən kapital artırılmalıdır, ya da bank başqa bir banka birləşdirilməlidir.
Son zamanlar deyilir ki, banklar bağlanmayacaq, daha çox onların birləşməsi həyata keçiriləcək. Mümkündür ki, “Ziraat Bank”a əlavə vəsait qoyulsun”.
Ə.Həsənov deyir ki, indiki halda hansısa bankın bağlanma ehtimalı aşağıdır:
“Lakin banklar əlavə vəsait tapmasalar, belə hal baş verəcək. İki bankın bağlanması mümkündür”.
L.Ə.
www.oxu.az