"Azərişıq" ASC Hacıqabul və Salyan rayonları ərazisində Ələt Azad İqtisadi Zonasına (AİZ) düşən elektrik veriliş xətlərinin və elektrik qurğularının köçürülməsi, həmçinin perspektiv kabel kanallarının quraşdırılması ilə bağlı müsabiqəyə yekun vurub.
Oxu.Az xəbər verir ki, satınalmanın qalibi "Star-Plas" MMC olub.
Şirkətlə bağlanan müqavilənin ümumi məbləği 10 milyon 483 min 794 manat 72 qəpik təşkil edib.