Əmanətlərin Sığortalanması Fondu bağlanan 11 bank üzrə 747 milyon 658 min manatdan artıq kompensasiya ödəyib.
Oxu.Az fonda istinadən xəbər verir ki, ləğv prosesində olan “Parabank” ASC-nin qorunan əmanətçilərinə avqust ayının 1-nə ümumilikdə 43 milyon 222 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 98,5 %-i). Fondun 662 min ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
Ləğv prosesində olan “Zaminbank” ASC-də qorunan əmanətçilərə ümumilikdə 72 milyon 196 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 99,3 %-i). 478 min 626 manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
Ləğv prosesində olan “Kredobank” ASC-də qorunan əmanətçilərə ümumilikdə 27 milyon 788 min manat kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 99,9 %-i). 121 min 567 manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
Ləğv prosesində olan “Dekabank” ASC-də qorunan əmanətçilərə ümumilikdə 3 milyon 088 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 98,7%-i) və 38 min 440 manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
Ləğv prosesində olan “Atrabank” ASC-də qorunan əmanətçilərə ümumilikdə 14 milyon 351 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) və 263 min 316 manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
Ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-də qorunan əmanətçilərə ümumilikdə 2 milyon 004 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 95,8 %-i) və 86 min 452 manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
Ləğv prosesində olan QSC “Bank Standard” KB-də qorunan əmanətçilərə ümumilikdə 437 milyon 608 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 99,2 %-i) və 3 milyon 545 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
Ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-də qorunan əmanətçilərə ümumilikdə 1 milyon 807 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 86 %-i) və 262 min 484 manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 191 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i) kompensasiya ödənilib.
Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i) kompensasiya ödənilib.
Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə 120 milyon 392 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) kompensasiya ödənilib.
Ümumilikdə Fond tərəfindən 11 bank üzrə 747 milyon 658 min manatdan artıq kompensasiya ödənilib.
L.Ə.