Rusiya iqtisadiyyatı innovasiya səviyyəsinə görə 100 mümkün baldan cəmi 12 bal toplayaraq 35 ölkə arasında 27-ci olub.
Oxu.Az lent.az-a istinadən xəbər verir ki, bu məsələ Almaniya Elmlər Akademiyasının ölkənin digər elmi-tədqiqat mərkəzləri ilə birlikdə hazırladığı reytinq cədvəlində əksini tapıb. “İnnovasiyalar indikatoru” adlı reytinq 2000-ci ildən tərtib olunur və o zaman Rusiya siyahıda 22-ci yeri tutub. İllər keçdikcə Rusiya geriləməyə başlayıb.
İnnovasiya səviyyəsi reytinqi 5 tematik qrup üzrə müəyyənləşdirilir: iqtisadiyyat, təhsil, elm, dövlət və cəmiyyət. Bunlarla yanaşı, rəqəmsal iqtisadiyyatın səviyyəsi də nəzərdən keçirilir. Rusiya elm və cəmiyyət qrupları üzrə 0 bal alıb.
Reytinqin lideri uzun illərdir ki, İsveçrədir. Bu dəfə İsveçrə 75 bal toplayıb. Çin 19 balla Hindistanla 25-ci, 26-cı yerləri bölüşdürür. Son sırada Cənubi Afrika Respublikasıdır
L.Ə.