Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Əmək pensiyasının minimum məbləği fevralın 1-dən nə qədər olacaq?
Azərbaycanda əmək pensiyasının minimum məbləği fevralın 1-dən 320 manat məbləğində müəyyən olunub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik edilməsi təklif olunub.
Dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılacaq.
Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi "Əmək pensiyaları haqqında" qanunda edilməsi nəzərdə tutulan dəyişiklik də qeyd olunan müsbət proseslər çərçivəsində hazırlanıb.
Belə ki, layihədə təklif edilən dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği fevralın 1-dən 320 manat məbləğində müəyyən olunur.
Qeyd edək ki, bundan əvvəlki əmək pensiyasının minimum məbləği 280 manat məbləğində müəyyən edilmişdi.
"Əmək pensiyası" teqi üzrə xəbərlər
- Son altı ildə 900 minədək pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin edilib
- Kişilərin maaşından tutulub evdar qadınlara pensiya ödənilməlidir?
- Sabah pensiyaların yeni artımlarla birgə ödənişinə başlanacaq
- Pensiya artımları necə hesablanacaq? - DETALLAR
- Prezidentdən əmək pensiyaları ilə bağlı SƏRƏNCAM