Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Kapitoliyə hücum edən yüzlərlə insan əfv olundu
ABŞ Prezidenti Donald Tramp ötən gün 2021-ci ilin yanvarında Kapitoli binasına basqın edən 1500 nəfərin əfv edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS məlumat verib.
"Ümid edirik ki, onlar bu gün (20 yanvar) azadlığa çıxacaqlar. Düzünü desək, onlar bunu gözləyirlər. Təxminən 1.5 min nəfər", - deyə dövlət başçısı bildirib.
Xatırladaq ki, 6 yanvar 2021-ci ildə ABŞ-nin ovaxtkı prezidenti Trampın tərəfdarları 2020-ci ilin noyabrında keçirilən prezident seçkisinin nəticələrinin təsdiqlənməsinin qarşısını almaq üçün ABŞ Konqresinin binasına basqın ediblər. Qeyd edək ki, seçkidə demokrat Co Bayden qalib gəlmişdi. Bina daxilində iğtişaşlar zamanı polis bir etirazçı qadını güllələyərək öldürmüşdü. Bundan əlavə, bir-biri ilə əlaqəli olmayan daha bir neçə nəfərin ölüm halı qeydə alınmışdı. Toqquşmalardan sonra Kapitoli polisinin əməkdaşı ölmüşdü.
Qeyd edək ki, Donald Tramp yanvarın 20-də yenidən ABŞ Administrasiyasının rəhbəri vəzifəsini icra etməyə başlayıb.
"Donald Tramp" teqi üzrə xəbərlər
- ABŞ-nin bütün ştatlarında ölüm hökmü geri qayıdır
- Hansı şəxslər ABŞ ordusunda xidmət etməyəcək?
- Melaniya Trampın inaqurasiya mərasimində geyindiyi şlyapasının GİZLİ MESAJI
- Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi: "Prezidentin qərarı utancvericidir"
- Baydenin təyin etdiyi 1000-dən çox adam işdən qovulacaq: Aralarında rəsmi şəxslər də var
Rəylər