Azərbaycanın Energetika naziri Natiq Əliyev İstanbulda rəsmi səfərdədir.
Bu barədə Oxu.Az-a nazirlikdən məlumat verilib.
Qeyd edək ki, səfərdə məqsəd Prezident İlham Əliyevin tapşırığına əsasən, Petkim şirkətinin 50 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etməkdir.
Məlumat üçün bildirək ki, “Petkim-Petrokimya Holdinq”in təməli 1965-ci ildə Türkiyənin Yarımca şəhərində qoyulub. 1984-cü ildə bu qurum İzmir şəhərinin Əliağa qəsəbəsində ikinci kompleksini qurub. 2008-ci ildə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin “TURKAS” şirkəti ilə birlikdə “Petkim-Petrokimya Holdinq”ə məxsus Neft-Kimya Zavodunun 51%-nə yiyələnib. Holdinqin 11 zavodunda 50 növdən çox neft-kimya xammalı hazırlanır.