Misir Azərbaycana Bakı-Şarm əl-Şeyx arasında birbaşa hava reysinin açılmasını təklif edir.
Oxu.Az xəbər verir ki, bu sözləri mayın 27-də, çərşənbə axşamı Misirin Cənubi Sinay vilayətinin qubernatoru Xalid Foda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşündə bildirib.
Bununla yanaşı qonaq, Azərbaycanı 2016-cı ildə Misirdə keçirilməsi nəzərdə tutulan iqtisadi forumlara da dəvət edib.
Öz növbəsində, Şahin Mustafayev ölkələrimizin regionları arasında əlaqələrin genişləndirilməsinin önəmini vurğulayıb, iş adamları arasında əməkdaşlığın təşviq olunmasının əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacağını diqqətə çatdırıb.
Ülviyyə R. Əli
www.oxu.az