Moskva birjasında dolların məzənnəsi 11 kopek yüksələrək 60,7 rubla yüksəlib.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, avroda bahalaşma 15 kopek olub. Nəticədə avronun məzənnəsi 71,94 rubla qədər artım nümayiş etdirib.
Türkiyədə isə avronun məzənnəsi ötən günlə müqayisədə lirəyə nisbətdə güclənib. Nəticədə 1 avro 4,19 lirə təşkil edib. Dollar/TL məzənnəsi 3,53 lirəyə bərabər olub.
L.Ə.