Yeni il “Expressbank”ın plastik kart sahibləri üçün ikiqat bayramdır. Çünki onlar gündəlik alış-verişlərini “Expressbank”ın ödəniş kartları ilə etməklə həm xərclədikləri vəsaitin bir hissəsini geri alır, həm də lotereyada iştirakçı olaraq dəyərli hədiyyələr qazanmaq şansı əldə edirlər.
Yeni il lotereyasının şərtlərinə görə, POS-terminallar vasitəsilə ölkə daxilində “Expressbank”ın plastik kartları ilə minimal olaraq 20 AZN və daha çox həcmdə nağdsız ödəniş edən bütün müştərilər hər alış-veriş zamanı hədiyyə qazanmaq üçün 1 şans əldə edirlər.
Aksiya 6 dekabr 2016-cı il - 6 yanvar 2017-cı il tarixləri aralığında bütün alış-veriş məntəqələrində aparılmış nağdsız ödənişlərə şamil olunur.
Uduş fondu 3 smartfon və 1 planşetdən ibarətdir. Belə ki, müştərilər 2 ədəd “Samsung Galaxy Note Edge”, 1 ədəd “Samsung Galaxy S5” mini və 1 ədəd “Samsung Galaxy Tab 4” uğrunda mübarizə aparacaqlar.
Xatırladaq ki, “Xərclərinizi gəlirə çevirin” şüarı altında təqdim olunan “ExpressClub” layihəsi çərçivəsində “Expressbank”ın bütün kart sahibləri ölkədaxili POS-terminallar vasitəsilə alış-veriş edərkən, xərclədikləri məbləğin bir hissəsini karta geri alırlar (Cash back). Müştərilər bu vəsaiti həm nağdlaşdırır, həm də POS-terminallar vasitəsilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirmiş olurlar.
“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS-terminal və 500-dən artıq “ExpressPay” ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.
U.A.
www.oxu.az