2015-ci ilin fevral ayında “Ceyhan” neft terminalından 2 milyon 345 min 024 ton Azərbaycan nefti nəql olunub. (Bu həcmin 1 milyon 630 min 350 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib).
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında “Ceyhan” limanından ixrac olunmuş neftin həcmi 4 milyon 824 min 320 ton təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il mart ayının 1-nə qədər “Ceyhan” limanından 266 milyon 763 min 410 ton Azərbaycan nefti satılıb.