Azərbaycandan Ukraynanın Sumskaya vilayətinə yatırılan 50 milyon dollar məbləğində sərmayəyə dair xəbər həqiqətə uyğun deyil.
Oxu.Az xəbər verir ki, bu barədə Report-a Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov bildirib.
Daha öncə Ukrayna saytlarında azərbaycanlı investorların Ukraynanın Sumsk vilayətinin Romensk rayonunda 220-250 min ton soya emalı gücündə və 22 milyon dollar dəyərində soya emalı zavodu açılacağına dair məlumat yayılmışdı.
Qeyd edilmişdi ki, Azərbaycanın Xarkovdakı fəxri konsulunun sahiblərindən biri olduğu Sumada yerləşən “Jovtnev şəkər zavodu” MMC-yə alternativ yanacaq növlərinin istehsalı üçün 30 milyon dollar dəyərində investisiya yatırılacağı gözlənilir.
Konsulun sözlərinə görə, şəkər zavodunun rekonstruksiyası türk şirkətinin 5-7 il müddətinə lizinqə verilən avadanlığı sayəsində həyata keçiriləcək.
“Soya emalı zavoduna gəldikdə isə, mənim buna heç bir aidiyyatım yoxdur”, - Ə.Salmanov qeyd edib.