“Fitch Ratings” beynəlxalq reytinq agentliyi SOCAR-ın emitentin uzunmüddətli defolt reytinqini “BB+” səviyyəsində təsdiqləyib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, reytinq üzrə proqnoz neqativdir.
Qısamüddətli reytinq isə “B” səviyyəsində təsdiqlənib.
Bildirilir ki, SOCAR-ın reytinqləri Azərbaycanın suveren reytinqinə müvafiqdir: “SOCAR əsas maliyyə və investisiya qərarlarını qəbul edərkən Azərbaycan hökuməti və Dövlət Neft Fondu ilə sıx əlaqələr saxlayır”.
“Fitch” qeyd edir ki, beynəlxalq maliyyə hesabatlılığı standartlarına (BMHS) əsasən, 2016-cı ilin iyun ayının 30-a SOCAR-ın 3,8 mlrd. manat həcmində pul vəsaiti var ki, bunun da 63%-i banklarda dollar qismində yerləşdirilib.
Agentliyin hesablamalarına əsasən, bu vəsait 3,4 mlrd. manat həcmində olan qısamüddətli borcun bağlanması üçün kifayət edir.
Məlumatda o da vurğulanıb ki, 2016-2019-cu illərdə dövlət şirkətinin əsaslı xərcləri 10 mlrd. manat səviyyəsində olacaq.
E.Ə.
www.oxu.az