Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) reytinqini təsdiqləyib.
Oxu.Az-ın agentlikdən əldə etdiyi məlumata əsasən, SOCAR tam olaraq dövlətin mülkiyyətində olduğundan və dövlətlə əlaqəli müəssisələrin reytinq meyarlarına əsasən, şirkətin reytinqi Azərbaycan (“BB+” / Sabit) ilə bərabərləşdirilib.
SOCAR-ın uzunmüddətli emitentin defolt reytinqi üzrə proqnozu “sabit”, reytinqi isə “BB+” səviyyəsində təsdiqləyib.
Qeyd edək ki, SOCAR-ın müstəqil kredit profili isə “b+” səviyyəsində saxlanılıb.
Nigar Məmmədova