Maliyyə Nazirliyi tərəfindən Milli Məclisə təqdim olunan 2026-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsində əlavə dəyər vergisinin həcmi 9 milyard 216 milyon 300 min manat proqnozlaşdırılıb.
Oxu.Az xəbər verir ki, bu göstərici cari ilin büdcəsində nəzərdə tutulan məbləğdən 890 milyon manat çoxdur.
2025-ci ilin dövlət büdcəsində 8 milyard 326 milyon 200 min manat nəzərdə tutulub.
Əlavə Dəyər Vergisi (ƏDV) istehlakçı tərəfindən ödənilən, lakin məhsulun istehsalının hər mərhələsində yaranan əlavə dəyər üzərindən dövlətə yığılan dolayı vergi növüdür.
Aqil Vəlili