Gələn il dövlət büdcəsindən kənd təsərrüfatına ayrılan vəsaitin 18 milyon manat artırılması nəzərdə tutulub.
Oxu.Az xəbər verir ki, gələn il üçün nəzərdə tutulmuş dövlət büdcəsi layihəsinə əsasən, kənd təsərrüfatına ayrılan vəsait 1 milyard 222 milyon 126 min 452 manat təşkil edir.
Bu, cari ilin 1 milyard 203 milyon 805 min 845 manatlıq büdcəsi ilə müqayisədə 1.5 faiz artım deməkdir.