Neftdə qlobal təklif çoxluğu gündəlik 2 milyon bareldir. Hasilat artmaqda davam edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Goldman Sachs şirkəti bildirib.
Analitiklər bildirir ki, neftin qiymətinin ucuzlaşmasına bazarda neft ehtiyatlarının çox olması ilə bağlı yayılan bu cür xəbərlər təsir göstərib.
Neftdə qlobal təklif çoxluğunun davam edəcəyi gözləntisi ilə neftin qiyməti 4 ayda ən aşağı səviyyəyə düşüb.
Qeyd edək ki, sentyabr ayı üzrə Texas markalı neftin qiyməti 44,29 dollar olaraq, 20 martdan bəri ən aşağı səviyyəyə enib.
Qiymətlər 2015-ci ildən bu yana 17% aşağı düşüb.
Onu da vurğulayaq ki, Brent markalı neft hazırda 49 dollar səviyyəsindədir.
Yerli ekspert İlham Şaban isə Oxu.Az-a bildirib ki, hazırda Amerika bazarında neftin qiyməti 49 dollardır, bununla belə hasilat davam edir:
“Əvvəllər isə bildirilir ki, neftin qiymətinin 60, 50 dollardan aşağı olduğu təqdirdə neft yataqları rentabelli deyil:
“Bu gün isə yeni texnologiyaların tətbiqi nəticəsində 2010-cu ildən bu yana həmin şist yataqlarında da hasilat gedir. Göstərilir ki, neftin qiyməti 21 dollara qədər azalsa da belə, onun maya dəyəri özünü doğrulda biləcək” - deyə, ekspert qeyd edib.
Ülviyyə R. Əli
www.oxu.az