1990-cı illərdə Melanie Brown, Emma Bunton, Melanie Chisholm, Geri Halliwell və Victoria Beckham-dan ibarət “Spice Girls” yenidən bir araya gəlir.
Oxu.Az xarici mediaya istinadla xəbər verir ki, 1996-ci ildə İngiltərədə işıq üzü görən ilk albom ilə əvvəl öz ölkələrində daha sonra ABŞ və Avropanın musiqi çartlarının siyahılarında ön sıralarda yer alan qrup, ilk albomunun 20-ci ilini qeyd etmək üçün dünya turuna çıxmağı qərara alıb.
Melanie Brown, Emma Bunton, Melanie Chisholm, Geri Halliwell-in qatılacağı turnedə keçmiş ingilis futbolçu David Bechham-ın həyat yoldaşı Victoria Beckham yer almayacaq.
İngilis mətbuatında yayılan xəbərlərə görə, öz moda markasını quran Victoria Beckham turneyə ayıracaq vaxtı olmadığı üçün təklifdən imtina edib.
2007-ci ildə sevilən mahnılarının yer aldığı “Greatest Hits” albomundan sonra çıxardıqları “Headlines” (“Friendship Never Ends”) sinqlının bütün gəlirini kimsəsiz uşaqlar vəqfinə bağışlayan qrup, 2012-ci ildə London Olimpiya Oyunları üçün təkrar bir araya gələrək hit mahnılarını səsləndirmiş, o zaman Victoria Beckham da iştirak etmişdi.
Qrup dünya səviyyəsində 55 milyona yaxın albom, 20 milyon sinql satmış, 75 milyon dollar hasilat edən bədii filmə imza atmış, MTV və Brit Awards başda olmaq üzrə onlarla prestijli mükafat qazanmışdı.
“Spice Girls” 1998-ci ildə Geri Halliwell-in qrupdan ayrılmasıyla sarsılmış, 2000-ci ildə isə dağılmışdı.
Aytən Sadıqzadə
www.oxu.az