Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağında yeni-yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fondda olan quyular da texniki tədbirlər aparılmaqla istismara qaytarılır. Yatağın işlənməsini həyata keçirən “28 May” NQÇİ-də bu istiqamətdə ciddi tədbirlər görülür.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, yataqdakı 8 nömrəli dərin dəniz özülündə 288 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Quyu Fasilə lay dəstəsindən 2775-2769 metr intervaldan fontan üsulu ilə sutkalıq 70 ton neft, 17000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Gülnarə Zeynalovad
www.oxu.az