Bu il Danimarkanın paytaxı Kopenhagendə keçirilən 59-cu “Eurovision” mahnı müsabiqəsinin qalibi olan transseksual ifaçı ilə bağlı yayılan xəbərlər səngimək bilmir.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, “Eurovision 2014” mahnı müsabiqəsində ifa etdiyi “Rise Like a Phoenix” (“Simurq quşu kimi yüksəl”) mahnısı ilə 290 bal toplayaraq birincilik əldə edən transseksual ifaçı Konçita Vurst (Conchita Wurst) haqqında hər gün yeni bir məlumat, yeni bir foto yayılır. Qalib seçildiyi gün onun cinsiyyətini dəyişdirmədən əvvəlki şəkilləri yayılıb, indi isə uşaqlıq şəkilləri gündəmə gəlib.
Əsl adı Tomas Nyuvirt (Thomas Neuwirth) olan 25 yaşlı müğənni müsabiqəyə qatıldığı ilk gündən görüntüsü ilə bir çox insanın etirazı ilə üzləşib, hətta bəzi ölkələrdə iştirakçının müsabiqədən uzaqlaşdırılması barədə çağırışlar da edilib. Lakin Konçita haqqında səslənən fikirlərə heç bir əhəmiyyət verməyərək, yüksək səs toplayaraq müsabiqənin qalibi olmağı bacardı.
Qeyd edək ki, Konçita “Eurovision” tarixində seçilən ikinci transseksual qalibdir. Birincisi isə 16 il əvvəl İsrail təmsilçisi olub.