Modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova “Eurovision 2014” iştirakçıları arasında on ən dəbli səhnə obrazlarını müəyyən edib.
Oxu.Az xəbər verir ki, “Top-10”-a bu iştirakçılar daxil olub: Dilarə Kazımova (Azərbaycan), Can-Linn ilə Keysi Smit (İrlandiya), “Pollapönk” (İslandiya), Emma (İtaliya), Tiyana (Makedoniya), Kristina Skarlat (Moldova), Tolmaçova bacıları (Rusiya), Tinkara Kovaç (Sloveniya), Mariya Yaremçuk (Ukrayna) və “Softengine” (Finlandiya).
Fikirlərini bizimlə bölüşən modelyer iştirakçıların əksəriyyətinin zövqsüz çıxış etdiyini bildirib.
Xatırladaq ki, 59-cu “Eurovision” mahnı müsabiqəsi Danimarkanın paytaxtı Kopenhagendə keçirilib. Saqqalı ilə məşhurluğa iri addımlarla gedən Avstriyanın iştirakçısı Konçita Vurst qalib olub.