Gürcüstan Azərbaycan qazının idxalını artırıb.
Oxu.Az “Qruziya Online”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin xarici ticarətin keçən ilin yekunlarına dair hesabatında bildirilib.
İllik hesablamalarda Azərbaycandan təbii qaz tədarükünün dəyərdə 9,4 faiz, həcmdə isə 127,17 min ton neft ekvivalenti və ya 9,7 faiz artdığı göstərilib.
Müqayisə üçün: 2014-cü ildə Azərbaycandan Gürcüstana 287,34 milyon dollar dəyərində 1,38 milyon ton neft ekvivalentində qaz idxal edilib.
Azərbaycandan Gürcüstana idxal edilən qazın ümumi həcmi göstərilən dövr ərzində 57,9 faizdən ibarət olub.
Gürcüstana bu növ yanacağın əsas tədarükçüsü Azərbaycandır, onun payına bu qəbildən olan idxalın 74,9 faizi düşür.
Hesabata görə, keçən il Gürcüstan ümumilikdə 419,44 məbləğində təbii qaz idxal edib.
Qaz tədarükünün qalan hissəsi Rusiyanın və digər mənbələrin payına düşüb.
2015-ci ildə Gürcüstan Azərbaycandan 542,89 milyon dollar dəyərində məhsul idxal edib, bu isə 2014-cü ilin göstəricilərindən 14,85 faiz azdır.
Azərbaycan iki ölkəni Azərbaycanın Qazax rayonunda birləşdirən boru kəmər vasitəsilə Gürcüstana qaz tədarük edir. Bu boru kəməri vasitəsilə qazın ötürülmə qüvvəsi ildə 2,5 milyard kubmetrdən artıqdır.