Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycanda, eləcə də xaricdə gördüyü işlərdə ciddi irəliləyişlər var. SOCAR-ın ayrı-ayrı ölkələrdə ümumilikdə 100 min işçisi var. Təkcə Gürcüstanda şirkətin 6500 əməkdaşı çalışır.
Oxu.Az xəbər verir ki, AzərTAc-ın məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev dünən Tiflisdə keçirilən SOCAR-ın yeni loqosunun təqdimatı zamanı bildirib.
Rövnəq Abdullayev bildirib ki, “Avropaya qaz nəql edəcək “Cənub” dəhlizi dünyada ən böyük layihədir. Bu ilin sentyabrında İlham Əliyevin iştirakı ilə bu dəhlizin təməlqoyma mərasimi keçirilib. Layihənin icrası uğurla davam etdirilir. Azərbaycanda olduğu kimi, Gürcüstanda və Türkiyədə də bu istiqamətdə ciddi işlər görülür:
“İnanırıq ki, hələ bizim daha böyük nailiyyətlərimiz olacaq”.