Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Hava şəraiti ilə bağlı SOCAR-ın istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib - VİDEO
Ölkə ərazisində yanvarın 22-də səhər saatlarından başlayaraq ayın 23-dək hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıqla əlaqədar olaraq, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.
Qeyd edilib ki, müəyyən işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.
Həmçinin geniş maarifləndirmə işləri aparılıb.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun yaydığı məlumata görə, yanvarın 22-si saat 08:00-a olan vəziyyətə əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir.
Hazırda küləyin sürəti arabir 25-30 m/s-yə çatır. “Neft Daşları” stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,8 metrdir.

"Abşeron rayonu" teqi üzrə xəbərlər
- Eyvanda paltarını təmizləyən 69 yaşlı kişi faciəli şəkildə öldü
- Bakıda "nəzirpaylayan" "seyid" həbs edildi - TƏFƏRRÜAT
- Xırdalanda gənc qız yaşadığı evdə özünü ÖLDÜRDÜ
- Özünə antibiotik vuran qadın ÖLDÜ - TƏFƏRRÜAT
- İmişli və Abşeronda təbiətə yarım milyon manatdan çox zərər vurulub - Cinayət işi başlandı