Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Hesablama Palatası: 2026-cı ildən iqtisadi artım tamamilə qeyri-neft-qaz sektorunun hesabına olacaq
Aparılan təhlillər 2026-2028-ci illərdə Azərbaycanda artımın tamamilə qeyri neft-qaz sektoru hesabına təmin ediləcəyini göstərir.
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
"Növbəti il üçün ölkə iqtisadiyyatının real ifadədə 3,5% artacağı, istehsal olunan ümumi daxili məhsulun (ÜDM) isə 129.2 mlrd. manat olacağı proqnozlaşdırılır. Növbəti ildə hər iki sektorun iqtisadi artıma töhfə verəcəyi, lakin qeyri neft-qaz sektoru üzrə artımın cari ilin gözlənilən rəqəmi ilə müqayisədə nisbətən zəifləməsi səbəbindən iqtisadi artımın bir qədər zəifləyəcəyi proqnozlaşdırılır.
Baza ssenaridə təqdim olunmuş proqnozlara əsasən, ortamüddətli dövrdə (növbəti il istisna olmaqla) neft sektorunda azalmanın nəzərdə tutulması fonunda ÜDM-in həm nominal, həm də real artımının təkcə qeyri neft-qaz sektoru hesabına təmin ediləcəyi, qeyri neft-qaz sektorunda artıma bütün sahələrin töhfə verəcəyi proqnozlaşdırılır", - sənəddə qeyd olunub.
"Hesablama Palatası" teqi üzrə xəbərlər
- Azərbaycanda təhlükəsiz tullantılarla bağlı 100 milyon manat reallaşdırılmamış gəlir aşkarlandı
- Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır
- HP sədri: "Ötən il 52 milyon manatlıq maliyyə pozuntusunun aradan qaldırılması üçün təklif verilib"
- Hesablama Palatası Bakı metrosunda yoxlamalar apardı: Zərər üçün ayrılan pullar hara xərclənib?
- Bakı metrosunun sərnişindaşımanın maya dəyərini süni şəkildə artırdığı üzə çıxıb