"Hazırda rəqəmsal iqtisadiyyat qlobal ÜDM-in 17,3%-ni təşkil edir, texnologiyalara yönələn qlobal xərclər isə 2025-ci ildə 5,2 trilyon ABŞ dollarına çatıb".
Oxu.Az xəbər verir ki, bunu Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov Bakıda keçirilən İslam İnkişaf Bankı (İsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan "Davamlı Regional İnteqrasiya üçün Rəqəmsal Dövlət Auditi" mövzusunda tədbirdə deyib.
O qeyd edib ki, bu dəyişikliklər Ali Audit Qurumlarının fəaliyyətinə də birbaşa təsir göstərib:
"Dövlət vəsaitlərinin səmərəli, qənaətli və məqsədyönlü istifadəsinə nəzarət edən qurumlar kimi onların qarşısında yeni vəzifələr yaranıb".