Mayın 26-da Rusiya Federasiyasının Həştərxan vilayəti Hökumətinin sədri, vitse-qubernatoru Konstantin Markelov Bakıya gələcək.
Oxu.Az Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən xəbər verir ki, bununla əlaqədar olaraq həmçinin Bakıda Azərbaycan-Rusiya İşgüzar Görüşü keçiriləcək.
Görüş zamanı Rusiya Federasiyasının Həştərxan vilayətində yerləşən sənaye-istehsal tipli xüsusi iqtisadi zonasına dair geniş məlumat veriləcək.
Qeyd edək ki, İşgüzar görüş mayın 26-da saat 10:30-da Bakı Biznes Mərkəzində təşkil olunacaq.
Ülviyyə R. Əli
www.oxu.az