Heydər Əliyev prospekti köməkçi yolda aparılan təmir-bərpa işləri təxirə salınıb.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, Heydər Əliyev prospekti köməkçi yol - Mərkəzdən Hava limanı istiqamətində Bağırov körpüsünün alt hissəsində tuneldə aparılan təmir-bərpa işləri nəqliyyat vasitələrinin hərəkətində yarana biləcək sıxlığı nəzərə alaraq həftəsonuna təxirə salınıb.
Hal-hazırda yolda nəqliyyat vasitələrinin hərəkətinə heç bir məhdudiyyət yoxdur.
E.Ə.
www.oxu.az