Mayın 30-da ADA Universitetində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Çinin “Huawei” şirkəti informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə marağı olan istedadlı gəncləri aşkara çıxarmaq, eləcə də onların bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə “Seeds For the Future” proqramını həyata keçirib.
Oxu.Az-ın xəbərinə görə, proqram tələbələrin İKT bacarıqlarını inkişaf etdirməyə və biliyin ötürülməsi prosesini sürətləndirməyə hədəflənmişdi.
Tədbirdə çıxış edən “Huawei” şirkətinin akkaunt direktoru Çen Lin tələbələrə “Huawei” şirkəti barədə məlumat verib. Akkaunt direktorunun sözlərinə görə, “Huawei”in məqsədi İKT sahəsi üzrə bacarıqlı tələbələrin biliklərini Çində daha da təkmilləşdirmək və Azərbaycan universitetləri ilə əməkdaşlıq edərək yerli İKT təlim proqramları həyata keçirməkdir.
Daha sonra proqram çərçivəsində mütəxəssislərdən ibarət münsiflər heyəti İKT sahəsində müəyyən biliyə malik ən yaxşı 10 tələbəni seçib:

Qeyd etmək lazımdır ki, münsiflər heyəti tərəfindən seçilmiş tələbələrin Çin Xalq Respublikasına səfəri təşkil ediləcək. Çində iki həftəlik proqramda iştirak hüququ qazananlar Pekinə səyahət və bu ölkənin mədəniyyətini öyrənmək imkanı əldə edəcəklər. Tələbələr, habelə dünyanın nəhəng İT şirkətlərindən biri olan “Huawei”in Şencen şəhərində yerləşən baş ofisində ən son texnoloji yeniliklər barədə məlumat ala biləcəklər. Eyni zamanda, onlar İKT üzrə təlim kurslarına qatılacaq.
Xatırladaq ki, 2015-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Huawei” şirkətinin Pekində yerləşən sərgi mərkəzini ziyarəti zamanı Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafında “Huawei”in həlledici rolu olduğunu vurğulayıb.
Qeyd edək ki, “Huavei Tech. Azərbaycan” MMC bu il satışa təzə telefon - “P8 Lite 2017” çıxardıb.
N.O.